Məhkəmə Zümrüd Yağmur və Fuad Qəhrəmanlıya barışıq üçün 3 ay vaxt verdi
Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə Zümrüd Yağmurun həyat yoldaşı Fuad Qəhrəmanlıya qarşı boşanma ərizəsi əsasında məhkəmə prosesi başa çatıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Trend-ə Z.Yağmurun vəkili Zibeydə Sadıqova məlumat verib.
Vəkil bildirib ki, prosesdə hakim tərəflərə barışmaq üçün vaxt verib: "Biz hakimdən xahiş etdik ki, iddianı təmin etsin və tərəflər arasındakı rəsmi nigah ləğv edilsin. O isə bizim xahişimizi nəzərə almadı və tərəflərə barışmaq üçün 3 ay vaxt verdi. 3 aydan sonra yenidən məhkəmə prosesi keçiriləcək və nigah ləğv olunacaq. Məhkəmə prosesi fevral ayında yenidən keçiriləcək".
Xatırladaq ki, Zümrüd Yağmur AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı ilə nikahının pozulması məqsədilə Abşeron rayon Məhkəməsinə müraciət edib. İddia üzrə məhkəmə prosesi 5 dəfə təxirə salınıb.
Facebook-da paylaş