Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidovla vida mərasimi keçirilir
Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vurğun Əlamət oğlu Seyidovun meyitinin qalıqları Ağsu rayonuna gətirilib. Şəffaflıq.az-ın məlumatına görə, şəhidin nəşi Ağsu rayonunun Kalva kəndində ailəsinə təhvil verilib. Hazırda şəhidlə vida mərasimi keçirilir. Qeyd edək ki, Vurğun Əlamət oğlu Seyidov 1974-cü il yanvarın 1-də Ağsu rayonunun Kalva kəndində anadan olub. O, 1993-cü il fevralın 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Hacıkənd-Toğana kəndi) itkin düşüb. V.Seyidov Kalva kənd qəbiristanlığında dəfn olunacaq.
Xəbəri paylaş
Facebook-da paylaş