Əsas Səhifə > SİYASƏT > Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidovla vida mərasimi keçirilir

Ağsuda Birinci Qarabağ müharibəsinin şəhidi Vurğun Seyidovla vida mərasimi keçirilir


24-05-2024, 13:14


Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Vurğun Əlamət oğlu Seyidovun meyitinin qalıqları Ağsu rayonuna gətirilib.

 Şəffaflıq.az-ın məlumatına görə, şəhidin nəşi Ağsu rayonunun Kalva kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Vurğun Əlamət oğlu Seyidov 1974-cü il yanvarın 1-də Ağsu rayonunun Kalva kəndində anadan olub. O, 1993-cü il fevralın 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində (Hacıkənd-Toğana kəndi) itkin düşüb.

V.Seyidov Kalva kənd qəbiristanlığında dəfn olunacaq.


Geri qayıt