Travmatologiya və Ortopediya İnstitutuna yeni baş həkim təyin edilib
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) yeni baş həkim təyin edilib. Şəffaflıq.az-ın məlumatına görə, bununla bağlı səhiyyə naziri Teymur Musayevin müvafiq əmr imzalayıb. İnstitutun Baş direktorunun müavini - baş həkim vəzifəsinə Nizami Yadulla oğlu Məmmədov təyin edilib. Səhiyyə nazirinin digər əmri ilə Qurban Rauf oğlu Babayev ETTOİ-nin Baş direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib.
Xəbəri paylaş
Facebook-da paylaş