Əsas Səhifə > SAĞLAMLIQ > Travmatologiya və Ortopediya İnstitutuna yeni baş həkim təyin edilib

Travmatologiya və Ortopediya İnstitutuna yeni baş həkim təyin edilib


24-05-2024, 12:36


Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) yeni baş həkim təyin edilib.

Şəffaflıq.az-ın məlumatına görə, bununla bağlı səhiyyə naziri Teymur Musayevin müvafiq əmr imzalayıb.

İnstitutun Baş direktorunun müavini - baş həkim vəzifəsinə Nizami Yadulla oğlu Məmmədov təyin edilib.

Səhiyyə nazirinin digər əmri ilə Qurban Rauf oğlu Babayev ETTOİ-nin Baş direktorunun elmi işlər üzrə müavini vəzifəsinə təyin edilib.


Geri qayıt