Azərbaycanda arxeoloji parkların yaradılması təklif olunub


Azərbaycanda arxeoloji parklar yaradıla bilər.

 Şəffaflıq.az xəbər verir ki, bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix uzrə fəlsəfə doktoru Fərhad Quliyev jurnalistlərə açıqlamasında deyib.

F. Quliyev bildirib ki, hazırda arxeoloji parkların ən optimal yeri Qarabağdır.

"Bu layihəni biz Dövlət Turizm Agentliyinə təklif kimi vermişik, o cümlədən Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Arxeoloji parklar layihəsi gələcəkdə Azərbaycanın abidələrinin tanıdılması üçün maraqlı bir platformadır. Bu platformada hər sahədə mütəxəssislərin iştirakı ola bilər. Arxeoloji parkların daha çox bölgələrdə olmasını istəyirik", - İnstitutun direktoru qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}