Azərbaycanda problemli kreditlərin məbləği 22 % azalıb


Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 462,2 milyon manat təşkil edib.

Şəffaflıq.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 1,8 % azdır.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 5,6 % artıb, son 1 ildə isə 21,9 % azalıb.

Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib. Bu nisbət martın sonuna 1,9 %, ötən il dekabrın sonuna 1,8 %, ötən il aprelin sonuna isə 2,8 % olub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}