Əsas Səhifə > MALİYYƏ > Azərbaycanda problemli kreditlərin məbləği 22 % azalıb
Azərbaycanda problemli kreditlərin məbləği 22 % azalıb22-05-2024, 12:51 |
Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 462,2 milyon manat təşkil edib. Şəffaflıq.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 1,8 % azdır. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 5,6 % artıb, son 1 ildə isə 21,9 % azalıb. Aprelin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,8 % təşkil edib. Bu nisbət martın sonuna 1,9 %, ötən il dekabrın sonuna 1,8 %, ötən il aprelin sonuna isə 2,8 % olub. Geri qayıt |