Azərbaycanda zəlzələyə dair yeni sığorta məhsulun hazırlanması təklif olunur
Azərbaycanda zəlzələ ilə bağlı riskləri sığortalamaq üçün yeni sığorta məhsulunun hazırlanmasına ehtiyac var. Şəffaflıq.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib. "Yeni sığorta məhsulunun hazırlanması praktiki yanaşmalarla yanaşı elmi baxış da tələb edir. Burada yalnız sığorta şirkətləri deyil, elmi cəmiyyətin də sintezi yeni modelin hazırlanmasına və ölkədə tətbiq edilməsinə gətirib çıxara bilər. Bu maliyyə sisteminin dayanıqlığı baxımdan yeni sığorta modelinin hazırlanması vacibdir. Ona görə də maliyyə bazarları və maliyyə sisteminin qorunması üçün belə bir məhsulun hazırlanması önəmlidir", - deyə o qeyd edib. "Bu, çox uzun zaman alacaq, amma bir yerdən başlamağa ehtiyac var. Qanunvericilikdə bu məqam nəzərə alınmalıdır, Milli Məclisdə müzakirə edilməlidir. Hazırki qanunvericilik mövcud sığorta məhsulları ilə yanaşı yeni sığorta məhsulunun hazırlanmasını qadağan etmir. Həm iş adamlarının, həm insanların, həm də digər sektorun nümayəndələrinin bu fikrə müsbət yanaşacağını düşünürəm", - deyə deputat əlavə edib.
Facebook-da paylaş