ABŞ gələn həftə ATACMS raketlərini Ukraynaya təhvil verə bilər


ABŞ gələn həftə ATACMS taktiki raketləri də daxil olmaqla müxtəlif növ silahların Ukraynaya təhvil verilməsinə başlaya bilər.

Şəffaflıq.az  xəbər verir ki, bunu Senatın Kəşfiyyat Komitəsinin rəhbəri Mark Uorner deyib.

“Bizə dedilər ki, ABŞ prezidenti Cozef Bayden qanun layihəsini imzaladıqdan sonra Konqres öz işini görsə, bu silahlar həftənin sonuna qədər göndəriləcək”, - deyə o bildirib.

Senator əlavə edib ki, yardım paketinə ATACMS daxil olmaqla, uzaqmənzilli silahlar daxil olacaq.

“İnanıram ki, administrasiya son aylarda ATACMS hazırlamağa və çatdırmağa hazırdır. Bu qanun layihəsində öz əksini tapıb”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}