Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular


Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular.

Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin aprelin 19-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya sülməramlılarının Qarabağdan çıxarılmasına dair iki dövlət rəhbərinin razılaşması mühüm beynəlxalq təhlükəsizlik, hərbi və siyasi hadisədir: "Əgər tarixə qayıtsaq, I Pyotrun 1712-ci il qərarından sonra Azərbaycan rəhbərləri - İbrahim xandan Elçibəyə qədər hamısı rus orduları ilə savaşdıqları üçün kütləvi itkilər vermişik, dövlətimiz çöküb və qətlə yetirilən, devrilən xanlardan vəzirovlara qədər, 20 Yanvardan, Xocalıya kimi faciəli milli tarix yaratmışıq".

“Xankəndi rusa verildi, müharibə olmayıb, Əliyev sövdələşmə ilə Elçibəyin çıxardığı ordunu geri qaytardı, heyif Azərbaycan əsgərinə”, deyən şərçilər indi də 17 aprel qərarını “Rusiyanın Qərbə məğlub olması, Ərdoğanın təzyiqi, hətta Paşinyanın manevrləri” ilə bağlayırlar. Sən demə, ruslar Zvartnos limanından da çıxıb bütün Qafqazdan özləri gedir. Baxın, riyakarlığa, bu mənfur tezisləri yayanların yalnız bir məqsədi var - İlham Əliyevin ardıcıl, parlaq və xalqımızı qırğınlara verməyən, məğlubiyyət ənənələrinə son qoyan milli qələbələrini etiraf etməsinlər. Dövlət başçımızın strateji ağlı və keçmiş rəhbərlərin faciələrini görməsi 1960 nəfərlik qüvvədən düzgün istifadəyə imkan verdi, 20 sentayabrda bütün dünya erməniçiliyinin qınadığı rus əsgəri onların əvəzindən döyüşmədi, birinci Pyotrun 300 illik qərarı geri oxundu, o cümlədən, sülhməramlılar müstəqllliyimizi buxovlayan xarici hərbi baza deyil, əksinə, Fransa və Amerikanın regionda yerləşməsinə qarşı qüvvə oldu", - Z.Oruc qeyd edib.

Komitə sədri bildirib ki, Rusiya ilə savaşı Azərbaycanın üzərindən apara bilməyənlər məğlub oldular: "Azərbaycan NATO qarşısında növbəti qələbəsini qazandı. İndi tarixdə ilk dəfədir, ermənilər üçün canını verməyən 1960 nəfər rus hərbçisi azərbaycanlılarla deyil, Qərblə döyüşməyə gedir. Gedin düşünün, İlham Əliyevin növbəti qələbəsi nə olacaq".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}