Nicat Hacızadə: “IMF-nin iqtisadi artım proqnozu Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlıdır”


Beynəlxalq Valyuta Fondu (IMF) tərəfindən 2024-cü il və növbəti illər üzrə xam neft təklifinin və qiymətinin azalmasının proqnozlaşdırılması fonunda Azərbaycanın iqtisadi artım göstəricilərinin əvvəlki illərlə müqayisədə yüksək təxmin edilməsi qeyri-neft-qaz sektorundan müsbət gözləntilərdən qaynaqlana bilər.

Bunu Şəffaflıq.az-a IMF-n “World Economic Outlook” hesabatının aprel sayında 2024-cü üçün Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə deyib.

O bildirib ki, bundan əlavə, Azərbaycanın neft-qaz və qeyri-neft-qaz sektoru üzrə əsas xarici ticarət tərəfdaşlarında böyümə proqnozunun yüksək olması xarici sektorun əlverişliliyi nöqteyi-nəzərindən müsbət amil hesab edilə bilər: “2023-cü ildə təbii qaz ixracının yönəldiyi bir sıra Avropa ölkələrində ümumi daxili məhsulun iki tələb komponentinin artımına verilən proqnozlara əsasən, 2024-cü ildə də davam edəcəyi gözlənilir. Belə ki, Yunanıstan, Serbiya, Bolqarıstan, İtaliyada ev təsərrüfatlarının istehlakının artımı ilə əlaqədar müsbət gözləntilər təbii qaz ixracının artımını dəstəkləyəcək. Həmçinin Türkiyənin 3,1 %, Rusiya Federasiyasının 3,1 %, Gürcüstanın 5,7 %, Qazaxıstanın 3,1 % böyüməsi Azərbaycanın qeyri-neft-qaz ixracı üçün əlavə üstünlükdür. Habelə, sözügedən ölkələrdən Azərbaycana birbaşa xarici investisiyaların axınını gücləndirir”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}