Nəzifə Mürsəlova: "Ötən il Azərbaycanda bakterizm zəhərlənmələri hadisələri baş verməyib"


Ötən il Azərbaycanda 38 qida zəhərlənməsi halları qeydə alınıb.

Şəffafıq.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında - “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə bildirib.

Onun sözlərinə görə, bu hadisələrin 19-u uşaqlarda müşahidə edilib.

“Sevindirici haldır ki, ötən il ölkədə bakterizm zəhərlənmələri hadisələri baş verməyib, baxmayaraq ki, 2022-ci ildə 6 bakterizm zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu da, insanlar arasında aparılan maarifləndirmə tədbirlərinin nəticəsidir. İnsanlar artıq harda və hansı qidanı qəbul etdiyini bilir”, - N. Mürsəlova qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}