Əsas Səhifə > ELM VƏ TƏHSİL > Nəzifə Mürsəlova: "Ötən il Azərbaycanda bakterizm zəhərlənmələri hadisələri baş verməyib"
Nəzifə Mürsəlova: "Ötən il Azərbaycanda bakterizm zəhərlənmələri hadisələri baş verməyib"18-04-2024, 14:44 |
Ötən il Azərbaycanda 38 qida zəhərlənməsi halları qeydə alınıb. Şəffafıq.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarəti Şöbəsinin müdiri Nəzifə Mürsəlova Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında - “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirilən ictimai dinləmələrdə bildirib. Onun sözlərinə görə, bu hadisələrin 19-u uşaqlarda müşahidə edilib. “Sevindirici haldır ki, ötən il ölkədə bakterizm zəhərlənmələri hadisələri baş verməyib, baxmayaraq ki, 2022-ci ildə 6 bakterizm zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu da, insanlar arasında aparılan maarifləndirmə tədbirlərinin nəticəsidir. İnsanlar artıq harda və hansı qidanı qəbul etdiyini bilir”, - N. Mürsəlova qeyd edib. Geri qayıt |