CHP sədri Özgür Özəl AŞPA-da Azərbaycana dəstəyini ifadə edib


Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında çıxış edərkən Azərbaycana dəstəyini ifadə edib.

 Şəffaflıq.az xəbər verir ki, CHP lideri

iclasda bildirib:

“Səsverməsinə daxil olmadığımız, amma doğurduğu nəticələr baxımından təəssüfləndiyimiz prosesin sürətli şəkildə bərpa olunmasını düşünürəm. Biz Şuranın ortaq dəyərlərini müdafiə edirik, ancaq Azərbaycanla bağlı yaşanan proses bu günədək verdiyi nəticə etibarilə hər iki tərəf üçün ibrətamizdir. Bundan sonra münasibətlərin yenidən təsis edilməsi məsələsində bizim üçün çox önəmli olan Azərbaycanla Şura arasında hər cür məsuliyyəti üzərimizə götürməyə hazırıq”.

Xatırladaq ki, yanvarın 24-də Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı dayandırıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}