Qırğızıstan cinayətkar qrupun 5 üzvünü Azərbaycana təhvil verib
Qırğızıstanın Milli Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları sifarişli qətl törətmək üçün Bişkekə gedən və ölkənin paytaxtında saxlanılan 5 mütəşəkkil cinayətkar qrupun üzvünü Azərbaycanın Daxili İşlər Nazirliyinin nümayəndələrinə təhvil veriblər. Şəffaflıq.az xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Dövlət Komitəsinin Mətbuat mərkəzi məlumat yayıb. "Əməliyyat-istintaq tədbirləri zamanı həmin şəxslərin həqiqətən də cinayətkar qruplaşmalarla əlaqəsi müəyyən edilib. Onların Qırğızıstan Respublikasının vətəndaşları üçün təhlükə yaratması ilə əlaqədar, həmçinin hüquq-mühafizə orqanları ilə əvvəllər bağlanmış müqaviləyə əsasən Azərbaycanın dövlət qurumlarının müraciəti əsasında Manas Beynəlxalq Hava Limanı (Bişkek) ərazisində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib”, - məlumatda deyilir. Mətbuat mərkəzi xatırladıb ki, martın 20-də Azərbaycanın beş vətəndaşı cinayətkarlıq ideologiyasını yaymaq və gücləndirmək, o cümlədən cinayətkarlıq ideologiyasını, habelə xüsusilə ağır cinayət – sifarişli adam öldürmək məqsədi ilə Qırğızıstana gedib. Qırğızıstan tərəfinin fikrincə, onların hamısı transmilli mütəşəkkil cinayətkar qrupun üzvləridir və mütəşəkkil cinayətkar qruplaşmanın qanunsuz fəaliyyəti ilə bağlı qanunsuz hərəkətlərdə iştirak edirlər.
Facebook-da paylaş