Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə çağırış edib.


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə çağırış edib.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı XİN sosial şəbəkə hesablarında paylaşım edib.

"Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq", - paylaşımda deyilir.

Qeyd edək ki, Niderland polisi isveçli iqlim fəalı Qreta Tunberqi Haaqada keçirilən etiraz aksiyasında saxlayıb.

“Extinction Rebellion” təşkilatının nümayişçiləri Niderlandın siyasi paytaxtını Amsterdam, Rotterdam və Utrext də daxil olmaqla digər böyük şəhərlərlə birləşdirən A12 magistral yolunu bağlamağı planlaşdırırdılar. Polis bir neçə yüz fəalı A12 magistral yoluna çıxmaq istəyəndə saxlayıb.

Daha sonra etirazçılar yaxınlıqdakı yolları bağlamaq istəyib və buna cavab olaraq asayiş keşikçiləri etirazçıları tutub. Tunberq də onların arasında olub.

Ancaq aksiyanın özü davam edib. İştirakçıların və polisin təəccübünə səbəb olaraq iki saat sonra isveçli fəal geri qayıdıb və Haaqanın hərəkətli küçələrindən birində piyada keçidində etiraz əlaməti olaraq oturan bir qrup aksiya iştirakçısına qoşulub. Təxminən 15 dəqiqə sonra o, yenidən polis tərəfindən saxlanılıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}