Cavid Şahmalıyev: Öz uşağına baxa bilməyən valideynin müraciəti əsasında ona dəstək oluruq
Valideyn öz uşağına baxa bilmirsə, bizə müraciət edir, ona edə biləcəyimiz hər dəstəyi göstəririk. Şəffaflıq.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev “Himayədar ailə” qayğı modeli mövzusunda keçirilən ictimai dinləmədə deyib. O qeyd edib ki, ailə dəstək təklifləri ilə razılaşmadığı halda uşağını dövlətə verir: "Biz həmin uşağı himayədar ailəyə veririk, həmin ailəyə isə müavinət, təqaüd ayırırıq. Belə olan halda valideyn deyə bilər ki, həmin müavinəti mənə ver, öz uşağıma baxım. Amma dediyim kimi, himayədar ailələrə verilən uşaqların valideyni artıq onu böyütməkdən imtina etmiş olur".
Facebook-da paylaş