Polşalı fermerlər hökumətin istefası üçün imza toplamağa başlayacaqlar
Polşalı fermerlər hökumətin istefası təşəbbüsü ilə çıxış etməyə hazırlaşırlar. Şəffaflıq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Lüblin voyevodalığının fermerlərinin etiraz aksiyasının liderlərindən biri Kşiştof Hmel bildirib. “Gələn həftə biz Varşavada görüşəcəyik və hökumətin istefası ilə bağlı ictimai layihə üçün 100 min imza toplamağa başlayacağıq”, - o qeyd edib. K.Hmel əlavə edib ki, bütün fermer və kənd təsərrüfatı işçilərinin birliklərini bu təşəbbüsə qoşulmağa çağırır.
Xəbəri paylaş
Facebook-da paylaş