Putin satqınların cəzalandırılması ilə bağlı göstəriş verib
Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinə satqınları üzə çıxarmaqla bağlı tapşırıq verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Bildirilib ki, ölkə lideri satqınların adbaad müəyyənləşdirilməsi və cəzalandırılmaları ilə bağlı tapşırıq verib. V.Putin, həmçinin diversiya və terrorçu qrupların Rusiya ərazisinə soxulmaq cəhdlərinə diqqət çəkib: “Onları müəyyənləşdirmək və harada olmalarından asılı olmayaraq cəzalandırmaq lazımdır”.
Xəbəri paylaş
Facebook-da paylaş