Gürcüstan XİN başçısı: Enerji sahəsində birgə layihələr regionumuzun əhəmiyyətini artırır
Azərbaycan, Gürcüstan və Türkiyənin birgə nəqliyyat və enerji layihələri regionun əhəmiyyətini artırır. Şəffaflıq.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili üç ölkənin xarici işlər nazirlərinin Bakıda keçirilən 9-cu üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında deyib. “Bu gün biz ümumi nəqliyyat və enerji layihələri barədə müzakirələr apardıq. Bu layihələr regionumuzun əhəmiyyətini artırır, Avropanın enerji təhlükəsizliyini təmin edir. Bundan əlavə, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi layihələri uğurla fəaliyyət göstərir”, - o bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş