BMT Baş Assambleyasının prezidenti: Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə uğurlar əldə edib


Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə böyük uğurlar əldə edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə BMT Baş Assambleyanın 78-ci sessiyasının prezidenti Dennis Frensisin XI Qlobal Bakı Forumunun iştirakçılarına müraciətində qeyd edilib.

Bildirib ki, Azərbaycanın nailiyyətləri arasında onun təşəbbüsü ilə Qoşulmama Hərəkatının Qadın və Gənclər Platformasının yaradılmasını qeyd etmək lazımdır.

D.Frensis vurğulayıb ki, Baş Assambleya Azərbaycanı dəstəkləyir və Ermənistanla sülh danışıqları prosesinin bərpasını alqışlayır:

“Azərbaycan və Ermənistan liderlərinin Münxendə bu yaxınlarda keçirdiyi görüşlər, ardınca Berlində bu ölkələrin xarici işlər nazirlərinin görüşü sülhə nail olmaq üçün atılan addımlardır. Hər iki dövlətin liderlərinin sülh və təhlükəsizlik istiqamətində atdıqları addımlarını yüksək qiymətləndirirəm və sülh danışıqlarında daha da irəliləyişlərə nail olunacağına ümidvaram”.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}