Ali nümayəndə: BMT sistemində islahatların aparılması çox vacibdir
Bu gün qlobal geosiyasi transformasiya ilə əlaqədar BMT sistemində islahatların aparılması çox vacibdir. Şəffaflıq.az xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser “Parçalanmış Dünyanın Bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun panel iclasında deyib. “BMT İkinci Dünya müharibəsindən sonra yaradılıb. Anladığımız kimi, təşkilatın hazırda islahatlara ehtiyacı var, çünki dünyamız indi daha mürəkkəbləşib”, - o bildirib. Ali nümayəndənin fikrincə, bu gün dünya xaos içindədir: “Dünya xaos içindədir. Hər yerdə münaqişələr alovlanır. Bununla belə, hesab edirəm ki, bu cür qlobal çağırışlar həm də dəyişikliklər üçün imkanlar gətirir”. Al-Nasser vurğulayıb ki, vasitəçilik və dialoq münaqişənin qarşısının alınmasında əsas elementlər olaraq qalır: “Tarix göstərir ki, uzunmüddətli həllər vasitəçilik vasitəsilə əldə edilə bilər”.
Facebook-da paylaş