Volkan Bozkır: Fransa açıq şəkildə Ermənistana dəstək verir


Fransa silah satmaqla açıq şəkildə Ermənistana dəstək verir.

Şəffaflıq.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volkan Bozkır “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun l panel müzakirəsində deyib.

O vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında münaqişə danışıqlar nəticəsində həll olunmurdu: "Bu münaqişə 30 il davam etdi. Azərbaycan yalnız hərbi yolla torpaqlarını azad etdi".

O, BMT-nin artıq münaqişələrin həllində rolunun azaldığını qeyd edib:

"BMT təcrid edilmiş bir təşkilata çevrilib. Dünya üçün təlatümlü məsələləri düşünmür. BMT-nin büdcəsi azalıb, NATO-nun büdcəsi artıb. Amerikanın apardığı siyasət yeni müharibələrə sövq edir. Biz ölkələri NATO gücündən ayırmalı və fərdi güclərini üzə çıxarmalıyıq".

V.Bozkır qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi ilə heç nə əldə edilməyəcək, əksinə dünyada müharibələr daha da genişlənəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}