Əsas Səhifə > XARİCİ XƏBƏR > Volkan Bozkır: Fransa açıq şəkildə Ermənistana dəstək verir
Volkan Bozkır: Fransa açıq şəkildə Ermənistana dəstək verir14-03-2024, 14:27 |
Fransa silah satmaqla açıq şəkildə Ermənistana dəstək verir. Şəffaflıq.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volkan Bozkır “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun l panel müzakirəsində deyib. O vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında münaqişə danışıqlar nəticəsində həll olunmurdu: "Bu münaqişə 30 il davam etdi. Azərbaycan yalnız hərbi yolla torpaqlarını azad etdi". O, BMT-nin artıq münaqişələrin həllində rolunun azaldığını qeyd edib: "BMT təcrid edilmiş bir təşkilata çevrilib. Dünya üçün təlatümlü məsələləri düşünmür. BMT-nin büdcəsi azalıb, NATO-nun büdcəsi artıb. Amerikanın apardığı siyasət yeni müharibələrə sövq edir. Biz ölkələri NATO gücündən ayırmalı və fərdi güclərini üzə çıxarmalıyıq". V.Bozkır qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi ilə heç nə əldə edilməyəcək, əksinə dünyada müharibələr daha da genişlənəcək. Geri qayıt |