Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru: Fransa insan hüquqları ölkəsi ola bilməz
Bu yaxınlarda Korsikada Fransanın müstəmləkəçilik siyasətinə qarşı mübarizə aparan hərəkatları və fəalları birləşdirən “Nazione” adlı yeni hərəkat yaradılıb. Fransa hökuməti bu hərəkatın yaranmasından cəmi iki gün sonra fəalları təqib etməyə başlayıb. Şəffaflıq.az xəbər verir ki, bunu BMT İnsan Hüquqları Şurasının iclasında Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov Korsika ilə bağlı çıxışında bildirib. Onun sözlərin görə, Fransa Milli Antiterror Prokurorluğunun əmri ilə iki “Nazione” fəalı həbs edilərək əvvəlcə Borqu hərbi düşərgəsinə, daha sonra isə terrorçu kimi ittiham edilərək Parisə aparılıb. Fransa polisi fəalların evlərinə basqın edib, partlayıcılarla qapılarını sındırıb, atalara uşaqlarının gözləri qarşısında zorakılıq tətbiq ediblər. Eyni zamanda evlərin içini dağıdaraq, uşaqların oyuncaqlarını qəsdən sındırıblar. “Bu günlərdə Yeni Kaledoniyada hüquq müdafiəçiləri Fransada həbsdə olan siyasi məhbuslar üçün azadlıq, müstəqillik və ədalət tələbi ilə mitinq keçiriblər. Beynəlxalq Amnistiya Təşkilatının 2022-ci ildə bu ölkə ilə bağlı hesabatına görə, Fransada irqi və dini ayrı-seçkilik, xüsusilə də müsəlmanların və onların birlikləri hədəfə alınıb. Polisin hüquq müdafiəçilərinə həddindən artıq güc tətbiq etməsi heç bir izahat vermədən davam edib. “Respublika dəyərləri” haqqında qanun birləşmək azadlığını məhdudlaşdırıb. Avropa İnsan Hüquqları Məhkəməsi Fransanın sığınacaq axtaranların hüquqlarını pozduğunu təsdiq edib”, - deyə bildirib. A.Abbasov onu da vurğulayıb ki, Fransa beynəlxalq hüquqa hörmət etmir. Həbsxanaların siyasi məhbuslarla dolu olduğu ölkə insan hüquqları ölkəsi ola bilməz.
Facebook-da paylaş