Polşa Prezidenti: Rusiya Ukraynada qalib gəlsə, digər dövlətlərə hücum edəcək
Rusiya Ukraynada qalib gəlsə, digər dövlətlərə hücum edəcək. Şəffaflıq.az xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda deyib. O bununla bağlı ABŞ-a müraciət edib. Dövlət başçısı söyləyib ki, ABŞ-nin Kiyevə yardım paketini təsdiqləməsi vacibdir: “Biz bir neçə dəfə Rusiyanın əsarətinə düşmüş xalqıq. Rusiya Ukraynadakı müharibədə qalib gəlsə, yenidən hücuma keçəcək”. Ölkə lideri qeyd edib ki, buna imkan vermək olmaz. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ hələlik Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb. V.Zelenski daha əvvəl qeyd edib ki, atəşkəs həm Ukrayna, həm də Şərqi Avropa üçün ciddi təhlükə yaradacaq.
Facebook-da paylaş