Əflatun Amaşov: Yaxın qohum evliliklərinə qarşı qanunvericiliyi sərtləşdirməliyik
Yaxın qohum evliliklərinin qarşısını almaq üçün qanunvericiliyi sərtləşdirməliyik. Şəffaflıq.az xəbər verir ki, bunu "Xalq" qəzetinin baş redaktoru Əflatun Amaşov qohum nikahları ilə bağlı ictimai dinləmədə çıxış edərkən deyib. Onun sözlərinə görə, dinləmədə iştirak edənlər arasında sorğu keçirilsə, 50 faizə qədər insanın ailəsində və ya yaxınında öz qohumu ilə evlənən şəxslərin olduğunu ortaya çıxar. "Belə bir söz var, əmiqızı ilə əmioğlunun nikahını Allah göydə kəsir. Bax biz bu problemlərin qurbanı oluruq. Mütləq qanunvericiliyi sərtləşdirməliyik. Yaxın qohumların nikaha cəhdinin qarşısı ciddi alınmalıdır. Burada cərimələr belə rol oynamayacaq. Maarifləndirmə məsələsində isə əsas güc jurnalistlərin üzərinə düşür", - o qeyd edib.
Facebook-da paylaş