Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi auditor seçir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. Şəffaflıq.az xəbər verir ki, sorğuda iştirak haqqı 23 manatdır. İddiaçılar təkliflərini aprelin 2-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər. Təkliflərə aprelin 2-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.
Xəbəri paylaş
Facebook-da paylaş