Əsas Səhifə > MALİYYƏ > Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi auditor seçir

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi auditor seçir


12-03-2024, 11:02


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

Şəffaflıq.az xəbər verir ki, sorğuda iştirak haqqı 23 manatdır.

İddiaçılar təkliflərini aprelin 2-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 2-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.


Geri qayıt