Vladimir Putin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı "Dostluq" ordeni ilə təltif edib - Foto

 Rusiya prezidenti Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya “Dostluq” ordeni təqdim edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, birinci vitse-prezident Mehriban Əliyeva Rusiyada rəsmi səfərdədir.
Rusiya prezidenti V.Putin Mehriban Əliyevaya dövlət mükafatını Novo-Oqaryovadakı iqamətgahında təqdim edib. Rusiya prezidentinin sözlərinə görə, medalın adı məhz Mehriban xanım Əliyevanın Rusiya-Azərbaycan münasibətləri üçün gördüyü işləri əks etdirir. Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya prezidentinin onu əsl dost adlandırmasını qürur hissi ilə qarşıladığını bildirib.  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}