Ukrayna Prezidentinin Türkiyəyə səfər proqramı açıqlanıb


Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfər proqramı açıqlanıb.

Şəffaflıq.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında görüş olacaq. Görüşdə prezidentlər müharibənin gedişi, taxıl müqaviləsi, sülh formulu, sülh zirvəsi, Qara dənizdə yüklərin daşınması, ərzaq sabitliyi, Rusiyadakı ukraynalı əsirlərin və siyasi dustaqların azad olunması və ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edəcəklər.

Məlumata görə, liderlərin müdafiə sənayesində ümumi layihələrə xüsusi diqqət yetirəcəkləri də gözlənilir.

Vurğulanıb ki, Volodimir Zelenski Ukrayna Hərbi Dəniz Qüvvələri üçün korvetlərin inşası davam edən tərsanələrə baş çəkəcək və Türkiyənin müdafiə şirkətlərinin nümayəndələri ilə görüşəcək.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski martın 8-də Türkiyəyə səfər edəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}