Rusiya aviaşirkəti Novosibirskdən Bakıya uçuşları bərpa edib


Rusiyanın “S7” aviaşirkəti martın 7-dən ölkənin Novosibirsk şəhərindən Bakıya uçuşları bərpa edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Bildirilir ki, uçuşlar hələ ki, həftədə bir dəfə - cümə axşamı günləri həyata keçirilir. Aprelin 3-dən isə aviareyslər həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}