Əfsanəvi basketbolçu öz rekordunu yeniləyib


ABŞ-nin “Los Anceles Leykers” klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) yeni uğura imza atıb.

"Report"un məlumatına görə, 39 yaşlı idmançı peşəkar karyerasında 40000-ci xalını qazanıb.

O, buna "Denver"ə uduzduqları (114:124) qarşılaşmada nail olub. Beləliklə, əfsanəvi oyunçu öz rekordunu yeniləyib.

Ceyms 2023-cü ildə Kərim Abdul-Cabbarı geridə qoyaraq NBA-da ən məhsuldar basketbolçu adına sahib çıxmışdı.

Qeyd edək ki, 2003-cü ildən peşəkar karyerası davam edən L.Ceyms 4 dəfə NBA çempionu olub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}