Günün qoroskopu: Alış-veriş, gözəl əşyalar almaq üçün əlverişli zamandır.


Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - çətin və mühüm məsələlərin həlli üçün əlverişli gündür. Yaxınlarınız uğurlarınızı təqdir edir, sizə həyan durmağa çalışırlar. Çətin məsələləri asanlıqla həll edə bilərsiniz. Kiçik qələbələrlə kifayətlənməyin. Qarşınıza ciddi məqsədlər qoyun, hədəfə çatmağa çalışın. Belə olarsa, sərf etdiyiniz vaxta heyfiniz gəlməyəcək.

Şəxsi münasibətlərdə son vaxtlar yaşanan hadisələri müzakirə edin. Praqmatik nəticələrə gəlin, indiyədək yol verdiyiniz səhvləri təkrarlamamağa imkan verən taktika seçin. Ailə üzvləri ilə münasibətlərdə həssas olun. Onların sizin qayğınıza ehtiyacı var.

Buğa - mühüm qərar qəbul etməzdən əvvəl inandığınız insanlarla məsləhətləşin, onların dediklərinə qulaq asın. Beləcə, səhvlərin saylarını azalda bilərsiniz. Bu gün ünvanınıza tənqid və sərt iradlar eşidə bilərsiniz. Küsməyin, inciməyin, problemləri araşdırın, aramla hərəkət edin.

Çətin vəziyyətə düşmüş insanlara yardım edin.

Ailə üzvləri ilə münasibətlərdə anlaşılmazlıq yarana bilər. Səbəblər pul və ya əmlakla bağlıdır. Uzun müddətdən bəri hazırladığınız planlar sərt tənqid olunur. Sizə laqeyd olmayan insan sizə istənilən halda yardım edəcək.

Əkizlər - yeni işlər və layihələr üçün münasib gün deyil. Buna rəğmən yarımçıq işləri başa vurun, nəticələri nəzərdən keçirin. Yaranmış vəziyyəti dürüst qiymətləndirin. Gələcəklə bağlı planlarda dəyişikliklər etmək olar. Tələsin, astagəllik etməyin. Qəfil işgüzar təkliflərin alınması istisna deyil. Yeni təkliflərdən birini müzakirə edin, çünki irəliləyiş imkanları tükənməyib.

Yaxşı tanımadığınız insanlar işlərinizə müdaxilə edəcək, sizi qıcıqlandıracaqlar. Neqativ emosiyalarınızı nümayiş etdirməyin. Təmkinli, soyuqqanlı, korrekt davranın. Münaqişələrə yol verməyin.

Xərçəng - vacib qərarların qəbulu üçün əlverişli zaman deyil. Emosiyaların əsiri, hisslərin köləsi olmayın. Ani əhvalın təsiri altında düşünülməmiş addımlar atmayın. Cari işlərin öhdəsindən gəlməyə çalışın. Yeni problemlər sizi çətin vəziyyətdə qoymasın. Məsləhət almağa, yaranmış situasiyanı müzakirə etməyə münasib insan var. Gəlirlər kiçik olacaq.

Günün ikinci yarısında situasiyanı tam görün. Detallar və xırdalıqlara gələndə isə, diqqətli olun. Mürəkkəb hesabatlar və yüksək diqqət tələb edən işlərlə özünüzü yormayın. Sükan arxasında çox vaxt keçirməyin.

Şir - maraqlı gündür. Qəfil hadisələr, gözlənilməz olaylar ola bilər. Yaradıcılıq potensialı səviyyəsi yüksək olduğundan problemlərin həlli ilə bağlı qeyri-standart variantlar az olmayacaq. İstənilən məsələnin orijinal çözümünü arayın. Yaxın ətrafınızdakı insanlar uğurlarınızı təqdir edirlər. Yeni müttəfiqlər və tərəfdaşlarınız olacaq.

Dəvət aldığınız tədbirə qatılın. Orada diqqət mərkəzində olacaqsınız, vaxtınızı yaxşı keçirəcəksiniz. Fərqli ideyaya maraq artacaq.

Qız - maliyyə məsələlərində ehtiyatlı olun. Bədxərclik etməyin, imkanlarınızdan artıq pul xərcləməyin. Nəzərdə tutulmamış alış-veriş və əyləncə zamanı deyil. Kimsə sizi xəsislikdə suçlasa da, soyuqqanlı olun. Yaxın ətrafınızdakı insanlarla münasibətdə diqqətli olun, həssas davranın. Çevik və kompromisslərə meylli olun. Təxribatlara uymayın, yeni problemlər yaratmayın.

Səfər və ya səyahətə yollanmaq məsləhət deyil. Proses istədiyiniz kimi alınmayacaq. Planlaşdırılmamış gecikmələr ola bilər.

Tərəzi - yeni ideyalar yaranır. Onları reallaşdırmaq imkanlarını əldən verməyin. Peşəkar fəaliyyətinizlə bağlı təkliflər ala bilərsiniz. Şəxsi münasibətlərdə irəliləyiş istisna deyil. Müəyyən səbəblər ucbatından indiyədək gerçəkləşdirə bilmədiyiniz planlardan biri barədə konkret düşünə bilərsiniz. İradəli və soyuqqanlı olsanız, işlər uğurlu olacaq. Əməkdaşlıq planlarını müzakirə etmək, birgə fəaliyyətlə bağlı məsələləri nəzərdən keçirmək və həll etmək olar.

Uzaqda yaşayan şəxslərdən birindən mühüm informasiya, önəmli məlumat ala bilərsiniz. Səfər və ya səyahət üçün əlverişli zamandır.

Əqrəb - ünsiyyət, işgüzar və şəxsi xarakterli görüşlər, dəvət aldığınız tədbirlərə qatılmaq üçün yaxşı gündür. Yaxın ətrafınızdakı insanlarla təmaslarda heç bir problem olmayacaq. Təşəbbüskar olun, yeni ideyalar təklif edin. Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, aktiv davranın, ətalətə qapılmayın. Sərfəli anlaşma və ya sövdələşmələrə nail ola bilərsiniz.

Gəlir əldə edilməsi, yeni qazanc mənbəyinin aşkarlanması istisna deyil. Alış-verişdə pulu məntiqlə xərcləyin.

Axşam saatlarında xoş xəbərlər alacaqsınız.

Oxatan - enerjili, aktiv, özünüzə əmin olun. Çətinliklərdən qorxmayın, problemlər və sədlərin qarşısında geri çəkilməyin. Belədə gərəkli nəticələrə nail ola bilərsiniz. Bəzi problemləri nüfuzlu və ya imkanlı tanışın, müttəfiqin vasitəsilə həll edəcəksiniz. Yardıma ehtiyacı olan insana kömək edin. Yeni dostlar tapacaqsınız.

Alış-verişdə xəsislik etməyin, qəbul etdiyiniz qərara heyfislənməyin. İntuisiyanız itidir və bu, şəxsi problemləri həll etməyə, sevdiyiniz insanla təmaslarda rəvan davranmağa yardım edəcək.

İmiclə eksperimentlər aparmaq olar. Nəticələr sizi razı salacaq.

Oğlaq - mühüm saydığınız, amma heç bir konkret nəticə verməyən danışıqlar çox vaxt alır. Köhnə müttəfiqlərlə yanaşı, düşmənlər və rəqiblər də fəallaşırlar. Gün narahat, qarışıqdır.

Günün ikinci yarısında nüfuzlu şəxslə münasibətlərdə ixtilaf yarana bilər. Halbuki bu insanla əməkdaşlığa böyük ümidlər bəsləyirdiniz.

Ailədəki problemin müzakirəsi, birgə istirahət, səfər və ya səyahət üçün əlverişli zamandır. Uşaqlarla ünsiyyət zamanı əhvalınız yaxşılaşacaq, problemlər ikinci plana keçəcək.

Axşam saatlarında kiçik alış-veriş etmək olar. Bədxərclik etməyin.

Dolça - yaxın ətrafınızda olan insanlarla münaqişə və qarşıdurmalardan qaçmağa çalışsanız da , bəzi adamlar sanki sizi təbdən çıxarmağı qarşılarına məqsəd qoyublar. Soyuqqanlı olun, təxribatlara uymayın. Peşə fəaliyyəti ilə bağlı məsələləri sakit tərzdə müzakirə edin. İşgüzar təmaslara şəxsi münasibətləri qatmayın. İstənilən irada və ya tənqidə emosional reaksiya verməyin.

Ruhi müvazinəti bərpa edin.

Ailə əmlakı və ümumi maliyyə ilə bağlı məsələlərin hamını təmin edəcək həllini tapmaq asan deyil. Haqlı olduğunuza zərrə qədər şübhə etmirsiniz. Amma arqumentləriniz inandırıcı olmadığından müzakirələri ertələyin.

Balıqlar - işgüzar danışıqlar pis keçmir. Əks cins mənsubları ilə müzakirələr effektiv olacaq. İşdə rəhbərliklə münasibətləri gərməyin. Mənhus davranan və sizə qarşı məkrli mövqe tutan həmkara, ümümiyyətlə, fikir verməyin.

Unutmayın ki, insan nə qədər bacarıqsız və istedadsız olarsa, o qədər paxıllıq edir, intriqalara varır.

Yeni tanışlıqlarda ciddi perspektivlər var.

Alış-veriş, gözəl əşyalar almaq üçün əlverişli zamandır. Axşam saatlarında kino və ya konsertə yollanmaq, əylənmək və istirahət etməklə əhvalınızı yaxşılaşdıra bilərsiniz.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}