Rusiya nümayəndə heyəti Türkiyədə Ukrayna ilə danışıqlar aparmağa hazırdır
Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün Türkiyəyə getməyə hazırdır. Şəffaflıq.az Rusiya KİV-lərə istinadən xəbər verir ki, bunu 2022-ci ildə İstanbulda keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik etmiş Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski deyib. “Əgər bu istiqamətdə tapşırıq verilərsə, Türkiyəyə gedərik”, - o vurğulayıb. Xatırladaq ki, fevralın 28-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Moskva və Kiyevə danışıqlar platforması təklif etdiyini xatırladıb. O qeyd edib ki, hər iki tərəfin danışıqlarda iştirakı Ukraynada sülh təşəbbüslərinin uğurlu olması üçün zəruri şərtdir.
Xəbəri paylaş
Facebook-da paylaş