Nikol Paşinyan Yunanıstana işgüzar səfərə gedib
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Yunanıstana işgüzar səfərə gedib. Şəffaflıq.az“Novosti Armenia”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan feysbuk səhifəsində yayıb. Bildirilib ki, Nikol Paşinyan planlaşdırılmış səfəri çərçivəsində Yunanıstan Prezidenti Katerina Sakellaroplu, Baş nazir Kiriakos Mitsotakis və parlamentin sədri Konstantin Tasulasla görüşəcək.
Xəbəri paylaş
Facebook-da paylaş