Anar Quliyev Yevlaxda vətəndaş qəbulu keçirib


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu fevralın 22-də Yevlax şəhərində keçirib.

Bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Anar Quliyev öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini hörmət və ehtiramla yad edib.

Daha sonra Mingəçevir, Naftalan şəhərləri və Yevlax, Goranboy, Xocalı rayon sakinlərini qəbul edən komitə sədri vətəndaşların tikintiyə və istismara icazə, torpaq münasibətləri ilə bağlı suallarını cavablandırıb. Həmçinin komitənin fəaliyyət istiqamətlərinə dair digər müraciətlərin hərtərəfli araşdırılması və qanunvericilik çərçivəsində həlli üçün müvafiq tapşırıqlar verilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}