Omanın Şura Məclisinin sədri: Bakıda keçirilən tədbir Asiya Parlament Assambleyasının fəaliyyətinə töhfə verəcək
Asiya Parlament Assambleyasının (APA) Azərbaycanın paytaxtında Bakıda keçirilən sessiyası qurumun işinə töhfə vermək məqsədi daşıyır. Şəffaflıq.az xəbər verir ki, bunu Omanın Şura Məclisinin sədri Şeyx Xalid İbn Hilal Əl-Muavvali Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı deyib. “Asiya Parlament Assambleyası çərçivəsində əməkdaşlıq bir çox dayanıqlı inkişaf məqsədlərimizə nail olmağa təkan verməlidir. Dayanıqlı inkişaf məsələsi təkcə Asiyada deyil, bütün dünyada gələcək nəsillər üçün vacibdir. Bütün ölkələr bizdən nümunə götürməlidir. Oman dayanıqlı inkişafa sadiq olan hər bir ölkə ilə işləməyə sadiqliyini bir daha təsdiqləyir”, - o vurğulayıb.
Facebook-da paylaş