Ağdamda daha bir yaşayış məhəlləsinin inşasına başlanılacaq


Gələn ay Ağdam şəhərində daha bir yaşayış məhəlləsinin inşasına başlanılması nəzərdə tutulub.

Şəfafflıq.az xəbər verir ki, bunu Bakıda keçirilən "Qarabağ bölgəsində su və irriqasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfransda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.

"Hazırda Ağdamda 3 kəndin inşası da gedir. Bunlar Sarıcalı, Xıdırlı və Kəmgərli kəndləridir. Bu ilin sonuna kimi işlərin ikinci mərhələsinin yekunlaşdırılması, gələn il isə həmin ərazilərə əhalinin köçürülməsi planlaşdırılıb", - deyə o qeyd edib.



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}