Azərbaycan aqrar sektorda innovasiyaların tətbiqini genişləndirmək istəyir


Azərbaycanda kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqinin genişləndirilməsi əsas hədəflərdəndir.

Şəffaflıq.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Anar Cəfərov Beynəlxalq Aqro Biznes Forumunda bildirib.

"Aqrar sahədə aparılan islahatlar nəticəsində Azərbaycanın bir sıra məhsullara olan tələbatı yerli istehsal hesabına ödənilir. Yüksək texnologiyalara əsaslanan emal və istehsal müəssisələrinin yaradılması aqrar məhsulların ixracını artırıb. Bu günki tədbir Azərbaycan və Türkiyə arasında əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək. Biz güclərimizi birləşdirərək müasir texnologiyalardan istifadə etməklə daha güclü istehsala nail ola bilərik", - deyə o qeyd edib.

Tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov isə deyib ki, işğaldan azad edilmiş ərazilərin iqtisadi, o cümlədən aqrar potensialı, münbit torpaq ehtiyatları aqrar sektor və qida sənayesi üçün imkanlar yaradır: "Dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində bu potensialın reallaşdırılması ölkə iqtisadiyyatına müsbət töhfəsini verəcək. KOBİA aqrobiznesi prioritet sahə kimi diqqətdə saxlayır, bu sahənin nümayəndələri ilə əməkdaşlığa önəm verir".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}