İsrailin PUA hücumunda “Hizbullah”ın komandirlərindən biri öldürülüb


İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubundakı Nəbatiyyə şəhərində “Hizbullah” qruplaşmasına məxsus avtomobili partladıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Livanın səsi radiostansiyası məlumat yayıb.

Hücum nəticəsində onun hərbi liderlərindən biri, Livanın cənubundakı silahlılara komandanlıq edən Abbas əd-Debs məhv edilib. Onunla birlikdə avtomobildə daha iki silahlı ölüb.

Qeyd olunub ki, İsrailin pilotsuz uçuş təyyarələri Nəbatiyə və Zəhrani bölgəsi ətrafında aşağı hündürlükdə uçuşlarını davam etdirir.

Arzun, Dabaal, Əl-Civar və Sreyfa kəndləri üzərində səmada PUA-lar görünüb. Digər yerüstü hədəflərin məhv edilməsi barədə məlumat verilməyib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}