“YPG Suriyanın şimalını tərk edir" - "Ankara yeni əməliyyat planlaşdırmır”
Şəffaflıq.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın şimalı ilə bağlı açıqlama verib. Lavrov deyib: “YPG-nin Suriyanın şimalını tərk eləməsi prosesi demək olar ki, başa çatıb. Ankara bizə yeni bir əməliyyatın planlaşdırılmadığını bildirib”.
O, Bəhreynin xarici işlər naziri ilə görüşdn sonra keçirilən mətbuat konfransında söyləyib: “Suriyanın şimalından silahlı qruplaşmaların çıxması praktiki olaraq başa çatıb, lakin bəzi rayonlarda onların üzvlərinin qalması mümkündür.
Suriya Demokratik Qüvvələri (SDF) də daxil olmaqla bizim kürdlərlə dialoqumuz mövcuddur. İlk növbədə Rusiya-Türkiyə memorandumunun reallaşması baxımından. Bu memorondumda nəzərdə tutulur ki, Suriya Demokratik Qüvvələrinin bölmələri öz silah-sursatı ilə birlikdə Türkiyə-Suriya sərhədinindən 30 km uzağa çəkilsinlər. Bəlli olduğu kimi, bu razılaşma həm Suriya prezidenti Bəşər Əsəd, həm də SDF rəhbərliyi tərəfindən razılıqla qarşılanıb. Bu razılaşmanın hyata keçirilməsi üçün biz dərhal tərəflərlə, o cümlədən SDF ilə də dialoq qurduq”.
Facebook-da paylaş