ABŞ Yəməndə husilərin qanadlı raketlərinə zərbələr endirib
ABŞ ordusu Yəmənə növbəti zərbələr endirib və “Ənsar Allah” hərəkatının husi üsyançılarının qanadlı raketlərini hədəfə alıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. "Fevralın 4-də Səna (Yəmənin paytaxtı-red) vaxtı ilə təxminən saat 05:30-da Mərkəzi Komandanlığın qüvvələri özünümüdafiə məqsədilə husilərə məxsus qanadlı raketi vurdu. Səna vaxtı ilə saat 10:30-dan etibarən Mərkəzi Komandanlıq qüvvələri Qırmızı dənizdəki gəmilərə hücuma hazır olan dörd gəmi əleyhinə qanadlı raketə hücum etdi”, - komandanlığın “X”-dəki paylaşımında qeyd olunur. Xatırladaq ki, bundan əvvəl ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının hədəflərinə növbəti silsilə hücumlar həyata keçirib.
Facebook-da paylaş