Qazaxıstanın Almatı şəhərində Avrasiya Hökumətlərarası Şurasının məhdud tərkibdə iclası başlayıb.
Qazaxıstanın Almatı şəhərində Avrasiya Hökumətlərarası Şurasının məhdud tərkibdə iclası başlayıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-ləri məlumat yayıb. Bundan sonra şuranın geniş tərkibdə iclası keçiriləcək və bir sıra sənədlər imzalanacaq. Avrasiya İqtisadi Komissiyası məlumat verib ki, iclaslarda 12 məsələ müzakirə ediləcək. Buraya Avrasiya İqtisadi İttifaqının inteqrasiya olunmuş informasiya sisteminin inkişaf perspektivləri, “Avrasiya Agroekspress” birgə layihəsinin həyata keçirilməsi və s. daxildir.
Xəbəri paylaş
Facebook-da paylaş