Günün qoroskopu:Günün ikinci yarısında aktiv olun. Zəhmətkeşliyi unutmayın. Yaxın ətrafınızdakı insanların təsiri altında düşməyin.


Şəffaflıq.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - əlverişli, yaxşı gündür. İşdə rəhbərliklə münasibətlərdə problemlər yarana bilər. Sərmayə, pul yatırmaq üçün münasib zaman deyil. Alış-verişdə çox pul xərcləməyin.

Günün ikinci yarısında həssas davranın. Əhvalınız stabil olmayacaq. Bədbinliyə qapılmayın. Bir müddət tək qalmağınız məsləhətdir.

Yaxınlarınızın təsiri altına düşərək məhz onların maraqlarını təmin edən addımlar atmayın. Özünüz üçün də rahat şərait yaratmağa çalışın.

Axşam saatlarında normal istirahət edin.

Buğa - yeni işə və ya layihəyə başlamaq üçün o qədər də yaxşı gün deyil. Sifariş alandan sonra detalları dəqiqləşdirin, təfərrüatları müzakirə edin. Adi günlərdən fərqli olaraq bu gün rutin, gündəlik məsələlərdə qəfil çətinliklər yaranacaq.

Sədlərlə maneələri asanlıqla dəf etmək mümkün deyil.

Günün ikinci yarısında alış-verişi ertələyin. Bədxərclik etməyin.

Dəyər verdiyiniz insan sizinlə məsləhətləşmədən, sizə xəbər vermədən önəmli məsələ ilə bağlı qərar qəbul edəcək. Bu isə ciddi mübahisəyə, əsərbələrin tarıma çəkilməsinə səbəb ola bilər. Hər şeyə rəğmən, narazılıq və iradınızı diplomatik şəkildə bildirin.

Əkizlər - praktik olun, praqmat qərarlar qəbul edin. Təxəyyüllərə qapılmayın, fantaziyaların əsiri olmayın. Fikirlərinizi və ideyalarınızı arqumentlərlə sübuta yetirməyə çalışın. Yeni tərəfdaşlar, yardımçılar qazana bilərsiniz.

Günün ikinci yarısında dostlar və dəyər verdiyiniz insanlarla ünsiyyətlərdə alicənab, qayğıkeş olun. Axşam saatlarında süst, apatik olmayın. Yorğunluq hiss edə bilərsiniz.

Başladığınız işlərin korporativ maraqlara xidmət etməsinə can atmayın.

Xərçəng - işlərinizdə asanlıqla irəliləyişə nail olacağınızı düşünürsünüzsə, yanılırsınız. Dürüst saydığınız qərarda belə, yanlışlıqlar ola bilər. İdeyalarınızı və təkliflərinizi işdə rəhbərliklə həmkarlarınız şübhə altına alacaqlar.

Mövqeyinizi inadla müdafiə edin. Küsməyin, inciməyin. Layiq olduğunuzu əldə etməmiş sakitləşməyin.

Günün ikinci yarısında enerjinizi boşuna xərcləməyin. Qohumların yardım müraciətlərini qulaqardına vurmayın. Bir müddət əvvəl sizdən uzaqlaşmış şəxslərdən biri ilə təmasları bərpa edə bilərsiniz.

Şir - fəaliyyət göstərdiyiniz sahədə qəfil problemlər yarana bilər. Çətinlikləri aradan qaldırmasanız, onlar prosesə təsir edəcək. Planlarda təcili dəyişikliklər etmək gərəkdir. Görüşün vaxtının dəyişdirilməsi, layihələrin ertələnməsi istsina deyil.

Günün ikinci yarısında maliyyə sahəsində əlverişli şəraitdir. Soyuqqanlı və məntiqli olsanız, uğur əldə edə bilərsiniz. Çətinliklərin öhdəsindən təkbaşına gəlməyə çalışın.

Əyləncəni, istirahəti təxirə salın. Yaxınlarınızın qayğısına qalmağa çalışın.

Axşam saatlarında bir qədər tək qalmağa çalışın. Əhvalınıza mənfi təsir edə biləcək məqamları ürəyinizə salmayın.

Qız - sözlərinizə fikir verin, sayıq davranın. Potensial sifarişçi və ya müştəri ilə danışıqlarda diqqəti əldən verməyin. Adi günlərdən fərqli olaraq, rutin və sadə məsələlərin həlli xüsusi səylər tələb edəcək. Karyera inkişafınız üçün əlverişli zamandır.

Günün ikinci yarısında eşidəcəyiniz qeyri-adi təklifi dərhal qəbul etməyin. Yaxşıca düşünüb-daşının.

Dəyər verdiyiniz insanlar aranızdakı münasibətlərdə yaranmış sərinliyi aradan qaldırmağa yönəlmiş konkret addımlar atın. Axşam saatlarını dostlarla keçirə bilərsiniz.

Qohumlarla görüş istisna deyil.

Tərəzi - təşəbbüsü əldən versəniz, uzunmüddətli əməkdaşlıqda problemlər yaranacaq. Rəqibləriniz bu gün aktivdir. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Öhdəlikləri unutmayın. İşləri vaxtında görün, yarımçıq layihələrdən kənar durun. Maliyyə və icarə məsələləri ilə bağlı sənədlər imzalamayın.

Günün ikinci yarısında işlərinizdə sərvaxt olun. Müalicəyə başlamaq, zərərli vərdişlərdən birini unutmağa cəhd göstərmək olar. Yoqa, tay-szi karınıza gələ bilər.

Axşam saatlarını normal istirahətə həsr edin.

Əqrəb - qarışıq, laübəli gündür. Başladığınız işləri əsla yarımçıq qoymayın.

Kənar amillərin fəaliyyətinizə mənfi təsirini minimuma endirin. İşgüzar tərəfdaşlar və həmkarlarla təmaslarda diqqətli olun. Quru rəsmiyyətçiliyi azaldın, deyilənlərə diqqətlə qulaq asın. Canlı ünsiyyətdə xeyir var.

Günün ikinci yarısında yaxınlarınızı çox tənqid etməyin. İşləri ideal şəkildə başa vurmaq istəyəndə bilin ki, perfeksionist davranış həmişə müsbət əhval bəxş etmir. Özünüzdən bir qədər narazı qalsanız, pis deyil.

Axşam saatlarında mənfi emosiyalardan qurtulun. Problemlərin sayını süni şəkildə artırmayın.

Oxatan - fiziki və intellektual baxımdan aktiv olun. Mübahisədə opponentə üstün gələ bilərsiniz. Fikrinizi, mövqeyinizi arqumentlərlə qoruyun. Sirlərinizi hifz edin. Başqalarına söyləmək istəmədiyiniz məqamlardan biri faş ola bilər - ehtiyatlı davranın.

Dəyər verdiyiniz, inandığınız insanların dediklərinə günün ikinci yarısında qulan asın. Peşəkar fəaliyyət müstəvisində inkişaf üçün qətiyyətli olun.

Axşam saatlarında normal istirahət edin.

Oğlaq - yaxın ətrafınızdakı insanlardan biri sizi münaqişəyə sövq edir. Sərvaxt olun, potensial təhlükənin mənbəyini dəyərləndirməyi bacarın. Ağır situasiyalarda təmkini əldən verməyin. Tərəfdaşlar və şəriklərlə tənzimlənmiş əlaqələr qurun.

Günün ikinci yarısında gəlir istisna deyil.

Məişət qayğıları, alış-verişlə bağlı qərarları müstəqil qəbul edin. Ətrafınızdakı insanlar sizə təzyiq göstərməyə çalışacaqlar. Hər xırda məsələyə görə mübahisə etməyin.

Dolça - asan olmayan, qarışıq gündür. Mümkün qədər az danışmağa, daha çox iş görməyə çalışın. Dedi-qodulara, qeybətlərə qatılmayın. Adi günlərdə rutin təsiri bağışlayan məsələlərlə bağlı fərqli yanaşma nümayiş etdirin.

Sədləri dəf edərkən hamının yararlandığı metodlardan istifadə etməyin.

Günün ikinci yarısınla situsiyanı sürəkli dəyərləndirin. Hadisələrə nəzarəti əldən versəniz, ağır itkilərə məruz qala bilərsiniz. Çalışanda qayğılar və emosiyaların məngənəsində olmayın. Yaxınlarınız sizi nədənsə qaraqabaq, laqeyd sanacaqlar.

Balıqlar - əsla gözləmədiyiniz halda və yerdə çətinliklərlə qarşılaşa bilərsiniz. İşdə rəhbərlik və ya həmkarlarla maliyyə məsələlərinə görə dartışmayın. Problemləri aramla, təmkinlə həll etmək olar.

Günün ikinci yarısında aktiv olun. Zəhmətkeşliyi unutmayın. Yaxın ətrafınızdakı insanların təsiri altında düşməyin.

Dəyər verdiyiniz insanların maraqlarını nəzərə alın ki, sizi eqoizmdə və təkəbbürdə suçlamasınlar. Səhhətinizin qayğısına qalın. Xroniki ağrı kəskinləşə bilər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}