Kadırovun qızına yüksək vəzifə verildi
Çeçenistan rəhbəri Ramzan Kadırovun qızı Xədicət Kadırova administrasiya rəhbərinin birinci müavini təyin edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə regional parlamentin sədri Maqomed Daudov "VKontakte" səhifəsində məlumat verib. Qeyd edək ki, buna qədər Xədicət Kadırova Qroznı şəhər meriyasının məktəbəqədər təhsil şöbəsinin müdiri idi.
Xəbəri paylaş
Facebook-da paylaş