Almaniya və Fransa Serbiyanı Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırdı
Almaniyanın və Fransanın Serbiyadakı səfirləri Anke Konradla Pyer Koşar yerli hakimiyyət orqanlarını Aİ üzvlüyünü milli prioritet etməyə və Rusiyaya qarşı sanksiyalara qoşulmağa çağırıblar. Şəffaflıq.az report.az-a istinadən xəbər verir ki, bu barədə "Politika" qəzeti məlumat yayıb. "2024-cü ilin yanvarında Serbiyanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasının 10 illiyi tamam olur. Biz başa düşürük ki, vaxt çərçivəsi sizə uzun görünə bilər, bu, mürəkkəb prosesdir və biz hakimiyyət orqanlarına, hamıya səslənirik. Siyasi qüvvələr və Serbiyanın hər bir vətəndaşı milli prioritet kimi Aİ-yə daxil olmaq məqsədini özləri üçün müəyyən etsinlər", - səfirlər bildiriblər. Serbiya Prezidenti Aleksandar Vuçiç dəfələrlə vurğulayıb ki, ölkə müstəqil siyasət quracaq, başqalarının narazılığına baxmayaraq, Rusiya və Çinlə ənənəvi dostluq münasibətlərini davam etdirəcək. Onun sözlərinə görə, Belqrad Rusiyaya qarşı sanksiyalar tətbiq etmək, Moskva və Pekinə qarşı davamlı bəyanatlar vermək niyyətində deyil.
Facebook-da paylaş