"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ndə struktur islahatları aparılıb


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus “ASCO Logistics” və “ASCO Mühafizə” MMC-lər fəaliyyətinə xitam verərək “ASCO Nəqliyyat” MMC-yə qoşulduqlarını elan edib.

Şəffaflıq.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, son nəticədə “ASCO Nəqliyyat” yenidən təşkil edilib, ləğv olunmuş şirkətlərin hüquq və vəzifələri ona keçib.

Bundan başqa, ASCO-ya məxsus Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu adını və təşkilati-hüquqi formasını dəyişərək “ASCO Mühəndislik” MMC-yə çevrildiyini elan edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}