İranın Kirman əyalətində baş verən iki partlayış nəticəsində üç polis əməkdaşı həlak olub.


İranın Kirman əyalətində baş verən iki partlayış nəticəsində üç polis əməkdaşı həlak olub.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə İRNA agentliyi məlumat yayıb.

“Kirmanda törədilən terror aktı nəticəsində xalqa xidmət edən üç polis əməkdaşı həlak olub”, - hüquq-mühafizə orqanlarının sözçüsü Sərdar Müntəzir əl-Mehdi bildirib.

Xatırladaq ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin ölümünün növbəti ildönümünə həsr olunmuş mərasim zamanı iki partlayış baş verib. "Tasnim" agentliyinin məlumatına görə, birinci partlayış Süleymaninin məzarının 700 metrliyində, ikincisi isə təxminən 1 km məsafədə baş verib. Partlayışlar nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb.

Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}